Operativ Məlumat Mərkəzi

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib

2 dəq
Paylaş:
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni təyin edilib.

TƏBİB-dən "Operativ Məlumat Mərkəzi-OMM"ə məlumata görə, xəstəxananın direktoru vəzifəsi Təranə Məmmədovaya həvalə olunub.

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Təranə Məmmədovanı kollektivə təqdim edib.

Qeyd edək ki, T. 1975-1981-ci illərdə Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. O, 1982-ci ildə Federasiyasının Novqorod şəhərindəki doğum evində anestezioloq-reanimatoloq, 1982-1985-ci illərdə həmin şəhərdə qadın məsləhətxanasında terapevt, 1998-2007-ci illərdə isə Bakı şəhəri 16 saylı Şəhər Poliklinikasında baş həkimin müavini, 2012-2021-ci illərdə Bakı şəhəri 37 saylı Şəhər Poliklinikasında baş həkim kimi fəaliyyət göstərib.
T.Məmmədova 2021-ci ildən hazırkı təyinatınadək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkimi vəzifəsində çalışıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax