Əsas məzmuna keç

“ACWA Power” şirkətinin təsisçisi Prezident İlham Əliyevə məktub ünvanlayıb

“ACWA Power” şirkətinin təsisçisi Prezident İlham Əliyevə məktub ünvanlayıb

məktubda deyilir: "Zati-aliləri, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında tarixi Birgə...

Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyan İlham Əliyevə məktub ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

2025-ci il avqustun 8-də Vaşinqtonda Respublikası və Respublikası arasında tarixi Birgə Bəyannamənin imzalanması münasibətilə “ACWA Power” adından Sizə və məğrur Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Sizin uzaqgörən rəhbərliyinizlə Azərbaycan 44 günlük Vətən müharibəsində suverenliyini və ərazi bütövlüyünü bərpa edərək qətiyyətli qələbə qazandı. Bu gün Siz həmin hərbi uğuru regionun gələcəyini formalaşdıracaq, ədalətli və davamlı sülhü təmin edən diplomatik zəfərə çevirdiniz.

Bu nailiyyət Sizin ölkənizin sabitliyinə və firavanlığına qəti sadiqliyinizlə yanaşı, həm də çağırışları davamlı tərəqqi üçün imkanlara çevirərək uzaqgörənliklə və əzmkarlıqla rəhbərlik etmək bacarığınızı göstərir.

Biz “ACWA Power” şirkəti olaraq Azərbaycanın tarixində bu mühüm məqamın şahidi olmaqdan şərəf duyuruq və sülhün, əməkdaşlığın bu yeni dövründə ölkənin dayanıqlı inkişafını dəstəkləməyə sadiq qalırıq.

Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Azərbaycanın daha parlaq gələcəyi ilə bağlı fəaliyyətinizdə davamlı uğurlar diləyir, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…