Britaniya və ABŞ əsgərləri Ənsarullah hərəkatına (husilərə) bağlı Yəmən üsyançılarının hədəflərinə çoxsaylı hücumlar təşkil edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, Qırmızı dənizdəki Hudeyda əyalətinin Ras İsa limanına üç hava zərbəsi endirilib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
İddia olunur ki, Bakim rayonunun Əl-Qutainat bölgəsi də bombalanıb.
Bu, Britaniya və Amerika qüvvələrinin Yəməndəki husilərin mövqelərinə beşinci birgə hücumudur. Ordunun əvvəlki hücumu fevralın 5-də olub. Ölkənin qərbində və şimal-qərbində yerləşən Hodeyda və Saada əyalətlərində 15 hücum həyata keçirilib. Fevralın 4-də ABŞ və Böyük Britaniya da Husilərin hədəflərinə hücum edib. Reyddə 20-dən çox döyüş təyyarəsi iştirak edib.