Operativ Məlumat Mərkəzi

ABŞ Senatına namizəd ağdərililərə təzminat tələb edir

1 dəq
Paylaş:
ABŞ Senatına namizəd ağdərililərə təzminat tələb edir

ABŞ Senatında iki yerə Respublikaçılardan namizəd olan Bernie Moreno ABŞ vətəndaş müharibəsi zamanı qaradərililərin azadlığı uğrunda Şimalla döyüşərkən həlak olan ağdərililərin nəsilləri üçün maddi təzminat təklif edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Morenonun tələbi keçən il Kaliforniyada 360 min qaradərili qul nəslindən olub.

Moreno, "Ağlar qaradərililəri azad etmək üçün öldülər. Bu, bəşər tarixində heç vaxt olmayıb, amma Amerikada belə olub. Məktəblərdə bu, çox öyrədilmir, elə deyilmi? Bilirsiniz, təzminatdan danışırlar. Haradadırlar?",- deyə o, qeyd edib.

Moreno 1861-ci ildə başlayan, əsasən Şimal və Cənub əyalətləri arasında gedən və köləliyin ləğvinin əsas səbəb olduğu qanlı, dörd illik vətəndaş müharibəsini nəzərdə tutub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər