Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün ABŞ-İran danışıqlarının beşinci raundu mayın 24-dən 25-dək Romada keçirilə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Xatırladaq ki, Omanın vasitəçi olduğu ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün dörd dəfə danışıqlar aparıb.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edir.