Operativ Məlumat Mərkəzi

ABŞ-ın ardınca Böyük Britaniya da Qətərdəki vətəndaşlarına xəbərdarlıq edib

1 dəq
Paylaş:
ABŞ-ın ardınca Böyük Britaniya da Qətərdəki vətəndaşlarına xəbərdarlıq edib
bu barədə Böyük Britaniya XİN-i məlumat yayıb. ABŞ-ın Qətərdəki səfirliyinin internet saytında dərc edilən təhlükəsizlik elanında bu ifadələr də yer...

ABŞ-ın ardınca Böyük Britaniya da Qətərdəki vətəndaşlarına İranın Amerika bazalarına qarşı mümkün cavab hücumu ehtimalı səbəbindən yerlərini tərk etməmələri barədə xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Böyük Britaniya XİN-i məlumat yayıb.

ABŞ-ın Qətərdəki səfirliyinin internet saytında dərc edilən təhlükəsizlik elanında bu ifadələr də yer alıb: “Ehtiyat tədbiri olaraq, Amerika vətəndaşlarına növbəti xəbərdarlığa qədər olduqları yerdə qalmaları tövsiyə olunur”.

Qətərdəki Əl-Udeid aviabazası Amerikanın Yaxın Şərqdəki ən böyük hərbi bazalarından biri kimi tanınır. ABŞ-ın belə bir tədbir görməsi regionda baş verən proseslər və gərginliyin artması ilə diqqət çəkib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər