Əsas məzmuna keç

ABŞ-də bu il 85 min viza ləğv edilibmiş

ABŞ-də bu il 85 min viza ləğv edilibmiş

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, bu rəqəm ötən il ləğv olunan viza sayının iki qatından çoxdur.  Ləğv edilən vizalar arasında 8...

ABŞ Dövlət Departamentinin rəsmisi yanvar ayından bəri bütün kateqoriyalarından ümumilikdə 85 min vizanın ləğv edildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu ötən il ləğv olunan viza sayının iki qatından çoxdur.

Ləğv edilən arasında 8 mindən çox tələbə vizası da var.

Rəsmilər bu yüksək rəqəmin ABŞ Prezidenti administrasiyasının həm ölkə daxilində yaşayan miqrantları hədəfə alan tədbirlərinin, həm də ölkəyə girişləri məhdudlaşdırmağa yönəlmiş daha geniş siyasətin bir hissəsi olduğunu bildiriblər.

Dövlət Departamentinin rəsmisi son bir ildə ləğv olunan vizaların demək olar ki, yarısının spirtli içki qəbul edərək avtomobil idarəetməsi, hücum və oğurluq kimi cinayətlərlə bağlı olduğunu söyləyib.

Qalan viza ləğvlərinə dair ətraflı səbəblər açıqlanmasa da, daha əvvəl viza müddətinin bitməsi və “terrorizmə dəstək” kimi səbəblərin də əsas kimi göstərildiyi xatırladılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…