Əsas məzmuna keç

Zurabişvili qarşıdan gələn seçkiləri Gürcüstan tarixi üçün həlledici mərhələ adlandırıb

Zurabişvili qarşıdan gələn seçkiləri Gürcüstan tarixi üçün həlledici mərhələ adlandırıb

o, bu barədə parlamentdə illik hesabatı ilə bağlı çıxışında bildirib. Onun sözlərinə görə, bu, ölkə tarixində həlledici mərhələdir: “Bunlar sadə seçkilər...

Prezidenti Zurabişvili vətəndaşları, xüsusilə gəncləri və nümayəndələrini bu payızda keçiriləcək seçkilərində mümkün qədər fəal olmağa çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə parlamentdə illik hesabatı ilə bağlı çıxışında bildirib.

Onun sözlərinə görə, bu, ölkə tarixində həlledici mərhələdir:

“Bunlar sadə olmayacaq. İndi tariximizin həlledici mərhələsidir. Biz isə elə bir mərhələdəyik ki, gələcəyimizi seçkilər yolu ilə müəyyənləşdirməliyik: yeni idarəetmə modelinə, iqtisadiyyata, yəni yeni Avropa dövlətinə səs verməliyik”, - o qeyd edib.

S.Zurabişvili vurğulayıb ki, gürcü diasporunun bütün nümayəndələri, o cümlədən müxtəlif ölkələrdə qeyri-qanuni yaşayan Gürcüstan vətəndaşları seçkilərdə iştirak edə bilərlər.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…