Operativ Məlumat Mərkəzi

“Zirə” Araz Abdullayevi transfer edib

1 dəq
Paylaş:
“Zirə” Araz Abdullayevi transfer edib

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə məlumata görə, “” Araz Abdullayevi heyətinə qatıb. 31 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ “Zirə”yə məxsusdur.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Neftçi”, “Qəbələ”, “”, “Sumqayıt”, İngiltərənin “Everton”, Yunanıstanın “Panionis”, Kiprin “Anortosis”, “Etnikos”, Türkiyənin “Boluspor”, Kosovonun “Lapi” klublarının şərəfini qoruyub. Araz Abdullayev millisində meydana 40 oyunda 3 dəfə fərqlənməyi bacarıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax