Operativ Məlumat Mərkəzi

Zərərçəkmiş şəxs: Ermənistan ordusunun “Smerç” raketini atması nəticəsində yaralandım

2 dəq
Paylaş:
Zərərçəkmiş şəxs: Ermənistan ordusunun “Smerç” raketini atması nəticəsində yaralandım

Bakı Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən şəxs Elçin Şirinov bildirib ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində “VAZ 21074” markalı avtomobillə Bərdə şəhərində olarkən silahlı qüvvələri tərəfindən atılmış “Smerç” raketi düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, hadisə nəticəsində dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qəlpə xəsarətləri alıb.

“Bərdəyə çox sayda hücum oldu. “Smerç”ləri dəfələrlə atıblar. Nəticədə çoxlu sayda ölən, yaralanan oldu”, - zərərçəkmiş şəxs bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə , müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax