Operativ Məlumat Mərkəzi

“Zenit” əsas oyunçularını Bakıya gətirməyəcək

1 dəq
Paylaş:
“Zenit” əsas oyunçularını Bakıya gətirməyəcək

Rusiyanın “Zenit” klubu "Neftçi" ilə oyununa gənclərdən heyətlə gələcək.

"Operativ Məlumat Mərkəzi-OMM" mətbuatına istinadən xəbər verir ki, Sankt- təmsilçisi əsas üzvlərini Bakıya gətirməyəcək.

Zədəsini yenicə sağaldan kolumbiyalı hücumçu Mateo Kassierra bərpa prosesi keçir. İvan Sergeyev və Andrey Mostov Rusiya millisinin, Nurali Alip Qazaxıstan, Straxinya Erakovic isə Serbiya yığmasının düşərgəsinə yollanıblar. Robert Renan Braziliyanın gənclərdən ibarət millisinə dəvət alıb. Fərdi proqram üzərində işləməyə davam edən Mario Fernandes də “Neftçi” ilə görüşü buraxacaq.

Qeyd edək ki, noyabrın 18-də “Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax