Operativ Məlumat Mərkəzi

Zəlzələ bölgəsində 2639 nəfərə tibbi xidmət göstərilib

2 dəq
Paylaş:
Zəlzələ bölgəsində 2639 nəfərə tibbi xidmət göstərilib

Türkiyədəki zəlzələ bölgəsində 2639 nəfərə yüksək səviyyəli tibbi göstərilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən bildirilib.

İlham Əliyevin tapşırığına əsasən Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin səhra hospitalında zəlzələdən ziyan insanlara tibbi xidmət davam etdirilir.

Ümumilikdə ötən günlər ərzində 562-si uşaq olmaqla 2639 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Qeyd edək ki, zəlzələ bölgəsində yerli tibbi infrastrukturun tədricən bərpa olunması nəzərə alınaraq, Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraşda olan mobil səhra hospitallarından biri bu gün Bakıya gətirilib, digər hospital isə fəaliyyətini fasiləsiz davam etdirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax