Əsas məzmuna keç

Zelenski Səudiyyə Ərəbistanına səfər edib

Zelenski Səudiyyə Ərəbistanına səfər edib

Zelenskinin vəliəhd şahzadə Məhəmməd ibn Salmanla görüşü gözlənilir. Liderlərin gündəmini iqtisadi əməkdaşlıq məsələləri ilə yanaşı, Rusiya ilə Ukrayna...

prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Zelenskinin vəliəhd şahzadə Məhəmməd ibn Salmanla görüşü gözlənilir.

Liderlərin gündəmini iqtisadi məsələləri ilə yanaşı, Rusiya ilə Ukrayna arasında sülhün əldə edilməsi üçün görüləcək tədbirlər, o cümlədən, əsirlərin dəyişdirilməsi mövzuları təşkil edir.

Zelenski ilk Sülh Sammitinə yaxın olduqlarını deyib.

“Səudiyyə Ərəbistanının davamlı fəal dəstəyinə etibar edirik”, - deyə Zelenski hesabında yazıb.

Qeyd edək ki, son bir neçə gündür ki, NATO ölkələrinin Ukraynaya qoşun verəcəyi iddia olunur.

Rusiya rəhbərliyi bu barədə xəbərdarlıq edib və bildirib ki, bu, Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında birbaşa münaqişə demək olar.

Xəbərdarlıqdan sonra Avropa Komissiyasının katibi Peter Stano Ukraynaya hərbi dəstəyi davam etdirəcəklərini, lakin bunun əsgəri yardım olmayacağını ifadə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…