Operativ Məlumat Mərkəzi

Zelenski Rusiyanın hücumlarına görə İspaniya və Portuqaliyaya səfərlərini ləğv edib

1 dəq
Paylaş:
Zelenski Rusiyanın hücumlarına görə İspaniya və Portuqaliyaya səfərlərini ləğv edib

prezidenti Vladimir Zelenski son Rusiyanın Ukraynanın Xarkov şəhərinə artan hücumları səbəbindən İspaniya və Portuqaliyaya səfərlərini ləğv edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İspaniya Kral Sarayı Zelenski ilə Kral VI Felipe arasında mayın 17-də cümə günü keçirilməsi planlaşdırılan görüşün ləğv edildiyini açıqlayıb.

Zelenskinin Madriddə İspaniya kralı VI Felipe və Pedro Sançeslə görüşləri, və müdafiə sahələrində ikitərəfli sazişi imzalaması gözlənilirdi.

Ukrayna prezidentinin də İspaniyadan sonra Portuqaliyaya getməsi nəzərdə tutulurdu. Diplomatik mənbələr Rusiyanın Xarkova hücumlarının artması səbəbindən Zelenskinin bu iki ölkəyə səfərini təxirə salmalı olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax