Operativ Məlumat Mərkəzi

Zelenski İtaliyalı həmkarı ilə görüşüb

2 dəq
Paylaş:
Zelenski İtaliyalı həmkarı ilə görüşüb

İtaliyada səfərdə olan prezidenti Vladimir Zelenski Serxio Matarella ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Romada baş tutan görüş zamanı liderlər Rusiya ilə müharibədə Ukraynanın qələbəsinin əhəmiyyəti barədə danışıb.

Zelenski yağışa baxmayaraq, paytaxt küçələrində Ukraynaya dəstək nümayiş etdirən üçün çox sayda insanın olduğunu diqqətə çatdırıb.

"Müqavimət göstərməyə imkan verən mühüm müdafiə yardımına görə İtaliyaya son dərəcə minnətdarıq. Lazımi yardımın vaxtında alınması döyüş meydanındakı uğurumuzun açarıdır", - deyə bildirib.

V.Zelenski S.Matarella ilə görüşdən sonra İtaliyanın Corca Meloni ilə görüşüb.

Qeyd edək ki, Ukrayna prezidentinin İtaliya səfəri çərçivəsində Roma Papası Fransisklə də görüşü gözlənilir. Tərəflər arasında sonuncu üzbəüz görüş 2020-ci ildə Vatikanda baş tutub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax