Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Zelenski Azərbaycan Prezidentini təbrik edib

3 dəq
Paylaş:
Zelenski Azərbaycan Prezidentini təbrik edib

Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlı həmkarı İlham Əliyevi Günü münasibətilə təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" təbrik məktubunu təqdim edir:

"Hörmətli cənab .

Sizi və xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ildən-ilə regional və proseslərdə öz rolunu və nüfuzunu artıraraq energetika, logistika və iqtisadiyyat sahələrində regional əməkdaşlığın mühüm iştirakçısı kimi dinamik inkişafını nümayiş etdirir.

Ukrayna ölkələrimiz arasında münasibətlərin strateji xarakterini və Azərbaycanın dövlətimizə, eləcə də Ukrayna xalqına bu son dərəcə çətin dövrdə göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndirir.

Ukraynaya göstərilən humanitar və enerji yardımı, İrpen şəhərinin bərpasında iştirak, həmçinin ukraynalı uşaqların reabilitasiyası və sağlamlaşdırılması proqramlarının həyata keçirilməsi üçün Sizə xüsusi minnətdarlığımı bildirirəm. Bu addımlar dövlətlərimiz arasında həqiqi həmrəyliyin və qarşılıqlı hörmətin təzahürüdür.

Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlətlərin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəyişməz şəkildə dəstəkləyir. Əminəm ki, bu prinsiplərə sadiqlik bundan sonra da Qara dəniz-Xəzər regionunda sabitliyin və təhlükəsizliyin əsası olaraq qalacaq.

Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında energetika, logistika, nəqliyyat əlaqələrinin, infrastruktur və sahələrində əməkdaşlığın daha da inkişafı üçün böyük potensial mövcuddur. Qlobal enerji və logistika marşrutlarının transformasiyası şəraitində dövlətlərimizin regional qarşılıqlı əlaqələrin təmin edilməsindəki rolu və dayanıqlılığı daha da artacaq. İnanıram ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı dövlətlərimizin və xalqlarımızın maraqları naminə bundan sonra da möhkəmlənəcək.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax