Operativ Məlumat Mərkəzi

Zaxarova Zəngəzur dəhlizindən danışıb

2 dəq
Paylaş:
Zaxarova Zəngəzur dəhlizindən danışıb

Rusiya kommunikasiyaların açılması kontekstində Ermənistanla dialoqun davam etdirilməsinə ümid edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Zəngəzur dəhlizindən bildirib.

Onun sözlərinə görə, bu marşrutun praktikada necə fəaliyyət göstərəcəyini anlamaq ancaq layihənin konkret detalları ilə tanış olduqdan sonra formalaşa bilər.

Zaxarova regionda kommunikasiyaların açılması ilə bağlı Moskvanın mövqeyini də açıqlayıb.

Qafqazın həyatında, o cümlədən kommunikasiyaların blokdan çıxarılması prosesində regiondan kənar oyunçuların iştirakı, ilk növbədə, region ölkələrinin və bilavasitə onların qonşularının maraqlarına istiqamətlənməlidir.

Həmçinin bir sıra əlavə amilləri də nəzərə almaq lazımdır: Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanının bir hissəsidir. Cənubi Qafqaz Dəmir Yolu Rusiya Dəmir Yollarının törəmə müəssisəsidir ki, Ermənistanın dəmir yolu şəbəkəsini idarə edir. Rusiya sərhədçiləri göstərilən marşrutun keçəcəyi ehtimal edilən ərazidə sərhədi qoruyur”, - Rusiya XİN sözçüsü xatırladıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax