Operativ Məlumat Mərkəzi

Zaqatalaya 44 sm qar yağıb

2 dəq
Paylaş:
Zaqatalaya 44 sm qar yağıb

Martın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində arabir yağıntılı olub, şimşək çaxıb, rayonlarda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 44 sm, Şahdağda 31 sm, Qrızda 3 sm olub.

Düşən yağıntının miqdarı isə Zaqatalada 40 mm, Balakəndə 32 mm, Əlibəydə (Zaqatala) 31 mm, Şəmkirdə 19 mm, Qaxda 10 mm, Oğuzda 8 mm, Şəki, Gədəbəydə 7 mm, Goranboyda 6 mm, Astara, Lənkəran, Şahdağ, Sədərək, , Qəbələdə 4 mm, Tərtərdə 3 mm, Bərdə, Naftalan, Quba, Ceyrançöl, Mingəçevirdə 2 mm, Şərur, Göygöl, Gəncə, Tovuz, Ağdam, Ağstafa, İsmayıllı, , Qusar, Xaltan, Qrız, Yevlax, Yardımlı, Xınalıq, Göytəpədə 1 mm-dək olub.

Əlibəy ərazisində (Zaqatala) saat 20:07-20:15 radələrində diametri 0.5 mm olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Tərtər, Naftalanda 18 m/s, Bakıda və yarımadasında 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Bakı, Sumqayıt, Pirallahı, Neft Daşları, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Altıağac, Qusar, Qobustan, Xaltan, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-da 0-5, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 0-5 dərəcə şaxta olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax