Operativ Məlumat Mərkəzi

Zaqatalada bələdiyyə sədri cərimələnib

1 dəq
Paylaş:
Zaqatalada bələdiyyə sədri cərimələnib

Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Zaqatala Rayon Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarəsinin əməkdaşları tərəfindən birgə tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Göyəm kəndi ərazisində tullantılarının qalaqlanması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax