Əsas məzmuna keç

"Yuventus" avrokuboklardan kənarlaşdırıla bilər

"Yuventus" avrokuboklardan kənarlaşdırıla bilər

Avropa futbol qurumu mümkün maliyyə maxinasiyasında günhlandırılan "qoca sinyora" ilə bağlı araşdırma aparır. İddiaya görə, bütün lazımi sənədləri Turin...

UEFA İtaliyanın "" avrokuboklardan kənarlaşdıra bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "La Gazzetta "a istinadən xəbər verir ki, Avropa qurumu mümkün maliyyə maxinasiyasında günhlandırılan "qoca sinyora" ilə bağlı araşdırma aparır.

İddiaya görə, bütün lazımi sənədləri Turin prokurorluğundan alan qurum avqustun sonunadək İtaliya məhkəməsinin qərarını gözləyəcək. Qərar çıxmayacağı təqdirdə, hökmü UEFA-nın müvafiq komissiyası verəcək. Bu halda "Yuventus"un ən azı bir mövsüm avrokuboklarda iştirakdan məhrum ediləcəyi gözlənilir.

Qeyd edək ki, İtaliya Futbol Federasiyasının Məhkəməsi bu ilin yanvarında "Yuventus"un 15 xalını silib. Bundan sonra komanda turnir cədvəlinin 10-cu pilləsinə düşüb və Çempionlar Liqasının növbəti mövsümü üçün vəsiqə şansını itirmək riski ilə üzləşib. Daha sonra isə klubun silinən xalları növbəti məhkəmə qərarınadək bərpa olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…