Əsas məzmuna keç

Yol polisi məktəbə avtomobillə gələn yuxarı sinif şagirdləri ilə bağlı xəbərdarlıq edib

Yol polisi məktəbə avtomobillə gələn yuxarı sinif şagirdləri ilə bağlı xəbərdarlıq edib

bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan...

Sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara hələ də gəlinir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Dövlət İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan şagirdlərinin məktəblərə avtomobillə gəlməsinə dair məlumatlar da daxil olur.

"Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində həm valideynlərlə, həm də məktəblilərlə tez-tez maarifləndirici tədbirlər keçirilsə də, yenə də azyaşlı uşaqlarına sükan arxasına keçməyə icazə verən valideynlərə rast gəlinir. Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar", - deyə məlumatda qeyd olunub.

BDYPİ valideynlərə belə hallara yol verməmələri ilə bağlı çağırış edib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…