Operativ Məlumat Mərkəzi

Yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

1 dəq
Paylaş:
Yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət İdarəsi dumanlı ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İdarədən məlumat verilib.

Müraciətdə bildirilib ki, milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən əhəmiyyətli avtomobil yollarının da keçdiyi bir sıra bölgələrdə duman səbəbindən görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən dumanlı havada sürət həddini, ara məsafəsini yol və hava şəraitinə uyğun seçməyi, nəqliyyat vasitələrinin, onların xarici işıq cihazlarının, şüşə silgəclərinin sazlığından əmin olmağı, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı qaydalarına ciddi əməl etməyi xahiş edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax