Operativ Məlumat Mərkəzi

Yol-hərəkəti qaydalarına riayət etməyən sürücü həbs edilib

2 dəq
Paylaş:
Yol-hərəkəti qaydalarına riayət etməyən sürücü həbs edilib

yol-hərəkəti qaydalarına etməyərək digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, ictimai asayişi nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, rayon sakini Ramil idarə etdiyi “Opel” markalı avtomobil ilə şəhərin küçə və prospektlərində davamlı şəkildə qaydaları kobud şəkildə pozub və avtoxuliqanlıq hərəkətləri edib. Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən görülən tədbirlərlə həmin şəxs müəyyən şöbəyə gətirilib.

R.Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə o, 15 sutka inzibati həbs olunub və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax