Operativ Məlumat Mərkəzi

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Avropa çempionu olub

2 dəq
Paylaş:
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Avropa çempionu olub

Yeniyetmə cüdoçulardan millisi Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qarışıq komanda yarışında ardıcıl olaraq Niderland, Almaniya və İtaliyaya qalib gələn yığma finalda Fransanı üstələyib.

Çempionluq uğrunda dueldə Azərbaycan seçməsi 1:3 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirərək, ümumi hesabı 3:3 edib.

Qalibi qızıl xal müəyyənləşdirməli olub. Lakin fransalı Adrian 60 kq çəki dərəcəsində Musayevin önünə çıxmadığından, idmançımız qalib elan edilib və Azərbaycan millisi 4:3 hesablı qələbə ilə Avropa çempionatının qızıl medallarını qazanıb.

Final

Qadınlar

48 kq. Vüsalə Hacıyeva – Selia Mayllar: Qələbə

63 kq. Fidan Qasımova - Emmi Qalludek: İpponla

63 kq. Kamilla Toholiyeva – Leonie Minkada-Cakineu: İpponla məğlubiyyət

Kişilər

60 kq. Məhəmməd Musayev – Adrian Mivovan: İpponla qələbə

81 kq. Aslan Kotsoyev - Desir Zoba Kasi: İpponla qələbə

81 kq. Ramazan Əhmədov – Mateo Akiana Monqo - İpponla məğlubiyyət

Qızıl xal

60 kq. Məhəmməd Musayev – Adrian Mivovan: Qələbə

Report

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax