Operativ Məlumat Mərkəzi

Arzu Rəhimovu əvəz edən Mürsəl İbrahimov kimdir? - DOSYE

2 dəq
Paylaş:
Arzu Rəhimovu əvəz edən Mürsəl İbrahimov kimdir? - DOSYE

Xəbərverdiyimiz kimi, İlham Əliyev İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə üzrə Dövlət Xidmətinə rəis təyin edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, M. İbrahimov 1970-ci il sentyabrın 20-də Bakıda anadan olub.

O, 1992-ci ildə Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.

1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsinin inspektor və baş inspektor vəzifəsində işləyib.

M.İbrahimov 10 ildən artıq Milli Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. “Hərbi xidmətlərə ğörə” medalı ilə təltif olunub. 2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Son illər “Kapital Bank” ASC Təhlükəsizlik Departamentin direktoru olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax