Operativ Məlumat Mərkəzi

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar - YENİLƏNİB - 2

2 dəq
Paylaş:
Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar - YENİLƏNİB - 2

Yekaterinburqda Ziyəddin və qardaşları Ağcabədidə dəfn olunublar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Səfərov qardaşları valideynlərinin dəfn edildiyi Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılıblar.

***

Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində ölən Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə vida mərasimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, vida mərasimində mərhumların üzvləri, yaxınları, və Ağcabədi rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Səfərov qardaşları valideynlərinin də dəfn edildiyi Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.

***

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitləri səhər saatlarında dəfn üçün Ağcabədi rayonuna gətirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağcabədi şəhəri Xəlfələddin küçəsində keçiriləcək vida mərasimindən sonra mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax