Operativ Məlumat Mərkəzi

Yekaterinburqda baş verənlərlərlə bağlı Azərbaycanda istintaqın aparılmasının səbəbi açıqlanıb

2 dəq
Paylaş:
Yekaterinburqda baş verənlərlərlə bağlı Azərbaycanda istintaqın aparılmasının səbəbi açıqlanıb

Yekaterinburqda baş verənlərlərlə bağlı Azərbaycanda istintaqın aparılmasına aydınlıq gətirilib.

Baş Prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov "Operativ Məlumat Mərkəzi-OMM"-in sualına cavabında deyib ki, tərəfi heç bir dövlətin, hansısa qurumun daxili işlərinə qarışmaq niyyətindıə deyil: “Lakin proses zamanı bir və ya bir neçə Azərbaycan vətəndaşına qarşı amansızlıq nümayiş etdirilirsə, onların hüquqları kütləvi şəkildə pozulursa, Azərbaycan dövlətinin bu hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir".

Qeyd olunub ki, bu, Azərbaycan Cinayət Prosessual Məcəlləsində də öz əksini tapıb: "Bu məsələyə həssas yanaşmaığımızın bir də budur ki, biz hüquq-mühafizə orqanlarını rəsmi mövqeyini görə bilmirik. Biz heç kimi ittiham etmək niyyətində deyilik və bunu etmirik. Bizim əlimizdə baş vermiş hadisənin, xüsusilə hadisəsinin baş verməsini təsdiqləyən ekspert rəyləri yoxdur. Bunun əvəzində Rusiya mətbuatında bu ölümün müxtəlif xəstəliklərlə əlaqələndirilməsini göstərən məlumatlar var. Bu indiki halda qeyri-peşəkar yanaşma olardı. Çünki Azərbaycana gətirilən meyitlərin ekspertizası təyin olunub. Ölüm səbəblərini xəstəliklə bağlamaq bir o qədər ağılabatan deyil. Rusiyada ekspertiza institutsional inkişaf edib. Hesab edirik, Rusiya hüquq-mühafizə orqnlarının açıqlaması daha fərqli olacaq və biz daha əsaslı rəylə tanış ola biləcəyik”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax