Operativ Məlumat Mərkəzi

Yaşıllıqlara 165 min manatdan çox ziyan vurulub

2 dəq
Paylaş:
Yaşıllıqlara 165 min manatdan çox ziyan vurulub

Son həftə ərzində Bakı şəhərində və ölkənin bir neçə rayonunda yaşıllıqlara külii miqdarda vurulması faktları olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Ekoloji Xidmətindən məlumat verilib.

Bildirilib ki, son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, , və Neftçala rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkarlanıb.

Araşdırma zamanı Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində, Nəsimi rayonu 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində, Yasamal rayonu A.M.Şərifzadə küçəsi 722 ünvanında, Yevlax rayonu Hürüuşağı kəndi, Xaçmaz rayonu Qımılqışlaq kəndi ərazilərində, eyni zamanda Baş Mil-Muğan kollektorunun Neftçala rayonu ərazisindən keçən hissəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 165 min 260 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax