Operativ Məlumat Mərkəzi

Yasamalda obyekt yanıb - VİDEO

2 dəq
Paylaş:
Yasamalda obyekt yanıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, H.Məcidov küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində qiymətləndirilərkən yanğının ümumi sahəsi 225 kv.m. olan ikimərtəbəli müxtəlif təyinatlı obyektdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda park avtomobillərə və tikililərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 15kv.m. olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları yanıb, yüksək temperaturdan obyektin 2-ci mərtəbəsində kafenin plastikdən ibarət pəncərələri deformasiya edib.

Obyektin böyük hissəsi, yaxınlıqda park edilmiş avtomobillər və digər tikililər yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax