Operativ Məlumat Mərkəzi

Yasamalda iki nəfər 3 kiloqram narkotiklə saxlanılıb

1 dəq
Paylaş:
Yasamalda iki nəfər 3 kiloqram narkotiklə saxlanılıb

Paytaxtın rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Hüseynəli saxlanılıb. Ondan 1 kiloqramdan artıq , ümumi çəkisi 500 qramdan artıq marixuana, metamfetamin və aşkar götürülüb.

Yasamal RPİ-nin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər tədbirlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən G.Abbasov da saxlanılıb. Ondan da çəkisi 1 kiloqramdan artıq heroin, ümumi çəkisi yarım kiloqramdan çox marixuana, metamfetamin və tiryək aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax