Operativ Məlumat Mərkəzi

Yaşadığımız dünya yaxşılığa doğru dəyişmir

2 dəq
Paylaş:
Yaşadığımız dünya yaxşılığa doğru dəyişmir

“Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü yarandığı vaxtda kimi, bu gün də dünyanın xüsusi yardıma ehtiyacı olduğu bir vaxtda keçirilir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu martın 2-də Bakıda keçirilən sammitdə zamanı Bosniya və Herseqovinanın Heyətinin Sədri Jelka Tsviyanoviç deyib.

“Bu sammit ictimaiyyətin diqqətini postpandemiya dövründə bərpa probleminə, həmçinin pandemiyanın mənfi nəticələrinin aradan qaldırılması üçün əlavə səylərin zəruriliyinə yönəltmək imkanı verir”, - o vurğulayıb.

Onun sözlərinə görə, dünya heç də yaxşılığa doğru dəyişmir: “Beləliklə, pandemiya ciddi və uzunmüddətli nəticələrə, xüsusilə yoxsul ölkələrdə iqtisadi çətinliklərin artmasına səbəb olub”.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri qeyd edib ki, pandemiya dövründə vaksin və tibbi ləvazimatların tədarükü ədalətsiz şəkildə bölüşdürülmüşdü.

O, həmçinin bildirib ki, dünya ölkələri dinc yanaşı yaşamaq, ərazi bütövlüyünə qarşılıqlı hörmət və digər ölkələrin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiqliklərini bir daha təsdiqləməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax