Operativ Məlumat Mərkəzi

Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə birdəfəlik haqq ödəniləcək - 30.12.2025

2 dəq
Paylaş:
Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə birdəfəlik haqq ödəniləcək - 30.12.2025

Yaş həddinə görə dövlət qulluğuna verilənlərə ödəniləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğinin 6 misli miqdarında birdəfəlik haqq veriləcək. Bu məbləğdən , məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmayacaq.

Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” haqqında qanuna da müvafiq dəyişikliklər təklif olunub.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax