Operativ Məlumat Mərkəzi

Yaponiyada internet sürəti rekordu qırıldı

1 dəq
Paylaş:
Yaponiyada internet sürəti rekordu qırıldı

Yaponiyadakı Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutu (NICT) ilə tədqiqatçıları dünyanın ən sürətli bağlantısını quraraq saniyədə 1.02 sürətində məlumat ötürmə qabiliyyətinə nail olublar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu rekord, Berlin-Napoli və ya Missouri-Montana qədər olan 1.808 kilometrlik bir məsafədə həyata keçirilib.

Yeni texnologiya, standart 0.125 mm diametrli örtüyə sahib olan 19 nüvəli xüsusi optik fiber vasitəsilə təmin edilib. Bu da 2024-cü ilin noyabr ayı etibarilə Yaponiyanın ümumi sabit genişzolaqlı internet trafikinin 26 qatına bərabər məlumat ötürülməsini mümkün edib.

1.02 petabit/saniyə sürəti, saniyədə bir milyondan çox gigabaytlıq məlumat ötürülməsinə bərabərdir. Bu sürətlə, Netflix-in bütün məzmun arxivi cəmi 1 saniyədə tam 30 dəfə endirilə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax