Operativ Məlumat Mərkəzi

Yağıntılı hava Bakı metrosuna təsir edib? - AÇIQLAMA

1 dəq
Paylaş:
Yağıntılı hava Bakı metrosuna təsir edib? - AÇIQLAMA

Güclü yağıntılarla əlaqədar Bakı Metropoliteninin bütün infrastruktur gecə saatlarında nəzarətə götürülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri bildirib.

O qeyd edib ki, stansiyaların texniki zonasına daxil olan giriş-çıxış sahələri, xüsusən də Bakı Metropoliteninin açıq hava şəraitində elektrik depolarının ərazisində müvafiq nəzarət mexanizmləri tətbiq olunub.

"Ümumiyyətlə Bakı metropoliteni gecə növbəsində səhərə qədər bütün infrastruktur yoxlanılır. Bununla belə, əlavə tapşırıqlar da verilib".

B. Məmmədova vurğulayıb ki, səhər saat 06:00-da Bakı Metropoliteni problemsiz fəaliyyətə başlayıb, hazırda da Bakı Metropolitenində problem müşahidə olunmur.

"Ümumiyyətlə, yağıntılı hava şəraitində ən çox tövsiyə oluna biləcək məhz Bakı Metropolitenidir", - deyə o bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax