Operativ Məlumat Mərkəzi

Xüsusi təyinatlı ali məktəblərə qəbul balı açıqlanıb

2 dəq
Paylaş:
Xüsusi təyinatlı ali məktəblərə qəbul balı açıqlanıb

Xüsusi təyinatlı ali məktəblərə qəbul balı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Biz xüsusi təyinatlı ali məktəblərin qəbul planını elan etmirik. Yalnız onu deyə bilərəm ki, artıq bu siyahıların hamısı müvafiq ali məktəb və akademiyalara göndərilib. Akademiyasında minimal balı 439,3, maksimal bal isə 643 bal olub. Orada plan kifayət qədər böyükdür. Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasının hüquqşünaslıq ixtisası üzrə plan yerləri təqdim olunub. Ora keçid balı 541 təsdiqlənib. Daxili Qoşunların Ali Məktəbinə da ilkin siyahılar göndərilib. Polis Akademiyasına qəbul olmaq üçün mandat komissiyasından keçən və 439 baldan aşağı nəticə göstərənlər də Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil almaq istəsələr ora ilə müraciət edə bilərlər", - DİM sədri vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax