Operativ Məlumat Mərkəzi

Xüsusi icra məmurlarının hansı qərarları icra edə biləcəyi açıqlanıb

2 dəq
Paylaş:
Xüsusi icra məmurlarının hansı qərarları icra edə biləcəyi açıqlanıb

Xüsusi icra məmurlarının hansı qərarları icra edə biləcəyi açıqlanıb.

Ədliyyə Nazirliyinin İcra xidmətinin Vidadi "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində bildirib ki, xüsusi icra məmurları və inzibati xəta işləri, dövlət orqanlarının bəzi mübahisələr və uşağın mənafeyi ilə bağlı işlər istisna olmaqla, bütün digər qərarların icrasını həyata keçirə biləcəklər.

Vidadi Məmmədov qeyd edib ki, uşağın mənafeyi ilə bağlı olan işlərdən yalnız alimentlə əlaqədar qərarların icraatı xüsusi icra məmurlarına verilə biləcək: “Xüsusi icra məmurlarının fəaliyyətinin maliyyə dayanıqlığını təmin etmək üçün ilkin mərhələdə pul tələbləri ilə bağlı işlərin də xüsusi icra məmurları tərəfindən icrası nəzərdə tutulub. Ən mühüm məqam odur ki, hazırkı dövrdə icra qurumlarında olan işlərin bir hissəsinin də tədricən xüsusi icra məmurlarına yönəldilməsi planlaşdırılır. Bu həm iş yükünü azaldacaq, həm də vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax