Operativ Məlumat Mərkəzi

Xocavənddə yüksək partlayış gücünə malik partlayıcı qurğular aşkarlanıb

2 dəq
Paylaş:
Xocavənddə yüksək partlayış gücünə malik partlayıcı qurğular aşkarlanıb

Xocavənd rayonu ərazisində 4 körpünün alt və yan hissələrində yüksək gücünə malik partlayıcı aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin və Minatəmizləmə Agentliyinin (ANAMA) xidmətləri məlumat yayıblar.

Bildirilib ki, binaları, mərkəzi rayon xəstəxanası, eləcə də fərdi yaşayış məhəllələri yaxınlığında körpülərdə qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan ümumilikdə tərkibində 200 kq-dan artıq trotil dolu qutulardan ibarət tələ məftili və elektrik üsulu ilə işə düşən partlayıcı qurğular müəyyən edilib.

Belə ki, körpülərin alt və yan tərəflərinə hər biri 25 kq-lıq trotil hissələrlə dolu qutulara elektrik detonatoru və partlayışın gücləndirilməsi məqsədilə bir neçə ədəd TM-57 növlü tank əleyhinə minalar quraşdırılıb. Bu kimi partlayıcı qurğular isə ölümcül partlayışın törədilməsi, texnika və insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.

ANAMA əməkdaşları aşkar edilən partlayıcı qurğuları zərərsizləşdirərək ərazilərin təhlükəsizliyini təmin edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax