Operativ Məlumat Mərkəzi

Ermənilərin mina terroru nəticəsində həlak olan Seymur Mahmudov dəfn olunub - YENİLƏNİB-2

2 dəq
Paylaş:
Ermənilərin mina terroru nəticəsində həlak olan Seymur Mahmudov dəfn olunub - YENİLƏNİB-2

Sentyabrın 19-da qanunsuz silahlı birləşmələrinin -diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis Seymur dəfn edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mərhum yaylım atəşi və Dövlət Himninin sədaları altında Binəqədi qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfndə şəhidlərin ruhuna dualar oxunub, S.Mahmudovun qəbrinə tər güllər düzülüb.

09:54***

Erməni nəticəsində həlak olan polis serjantı Seymur Mahmudovla vida mərasimi başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mərhumun cənazəsi Binəqədidə Şəhidlər xiyabanına aparılır.

09:50***

Xocavənd rayonunda minaya düşərək şəhid olan polis serjantı Seymur Mahmudovla vida mərasimi keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Binəqədi rayonu Məhəmməd Əmin Rəsulzadə qəsəbə sakini polis serjantı Mahmudov Seymur Elsəvər oğlu sentyabrın 19-da Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək həlak olub.

S. Mahmudov Binəqədi rayon qəbiristanlığında dəfn olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax