Operativ Məlumat Mərkəzi

Xocalı soyqırımı qurbanları Monreal şəhərində də yad edilib

2 dəq
Paylaş:
Xocalı soyqırımı qurbanları Monreal şəhərində də yad edilib

Kanadanın şəhərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildiriblər ki, Monreal şəhərində Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Xocalı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Xocalı soyqırımı haqqında tarixi faktlar, soyqırımının başvermə səbəbləri, xalqımız üçün ağır nəticələri haqqında ətraflı məlumat verilib. Tariximizə qanlı hərflərlə yazılan bu qara səhifənin unudulmamasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi diqqətə çatdırılıb.

Anım mərasimində xarici ölkələrdə yaşayan azərbaycanlıların bir yumruq ətrafında sıx birləşərək Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa davam edəcəyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr