Operativ Məlumat Mərkəzi

XİN rəhbəri: Bu il Azərbaycan-Ermənistan sülh prosesində mühüm irəliləyişlər əldə olunub

2 dəq
Paylaş:
XİN rəhbəri: Bu il Azərbaycan-Ermənistan sülh prosesində mühüm irəliləyişlər əldə olunub

2025-ci ildə də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasətimiz milli maraqlarımızın reallaşdırılmasına yönəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın naziri ilin yekunlarına dair mətbuat konfransında deyib.

Ceyhun Bayramov bildirib ki, diplomatik təmsilçilik səviyyəsini yüksəldib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycan etibarlı tərəfdaşdır.

O vurğulayıb ki, qonşu dövlətlərlə münasibətlər xarici siyasətdə prioritet olub: “Son bir il ərzində Rusiya ilə münasibətlərdə ümumi gərginlik yaşanıb. Buna baxmayaraq, ölkələrimiz arasında münasibətlər davam edib. Düşənbədə keçirilən görüş münasibətlərin normallaşması baxımından effektiv olub”.

Nazir əlavə edib ki, 2025-ci ildə yeni geosiyasi reallıqlara uyğun olaraq, Azərbaycan- sülh prosesində mühüm irəliləyişlər əldə olunub və bu istiqamətdə mühüm addımlar atılıb: "Beynəlxalq sülhün təşviqi, beynəlxalq yardım fəaliyyətləri, vasitəçilik səyləri, beynəlxalq tədbirlər ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olub”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax