Operativ Məlumat Mərkəzi

XİN rəhbəri ABŞ-ın Qafqaz üzrə baş müşaviri ilə Ermənistanla normallaşma prosesini müzakirə edib

2 dəq
Paylaş:
XİN rəhbəri ABŞ-ın Qafqaz üzrə baş müşaviri ilə Ermənistanla normallaşma prosesini müzakirə edib

Aprelin 17-də Respublikasının naziri ilə Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş keçirilib.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüş zamanı, Azərbaycan- sülh sazişi üzrə danışıqlar prosesinin gələcək perspektivləri, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma prosesinin digər komponentləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, Azərbaycanın 8 kəndini işğal altında saxladığını, mütəmadi hərbi və siyasi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb. Bununla yanaşı, Azərbaycanın iki hərbçisinin əsir götürüldüyü, əsirlərdən birinə qarşı fiziki zorakılıq tətbiq edildiyi, onların dərhal azad edilməsinin vacib olduğunu bildirib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax