Əsas məzmuna keç

XİN başçısı: “İranla Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələri bərpa edəcəyimizə inanırıq”

XİN başçısı: “İranla Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələri bərpa edəcəyimizə inanırıq”

“İranla arasındakı yüksək səviyyəli əlaqələri bərpa edəcəyimizə ”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İranın naziri Hüseyn Əmir Abdullahiyan iyulun 5-də Bakıda jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Araz koridorunun açılması ilə əlaqədar İran Prezidentinin göstərişi var: “Bu isə xüsusilə kommunikasiya sahəsində İran-Azərbaycan münasibətlərinin inkişafına ciddi təkan verəcək”.

Nazirin fikrincə, bu koridor Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinə önəmli təkan olacaq.

Hüseyn Əmir Abdullahiyan iyulun 5-də Bakıda İlham Əliyevin qəbulunda olub.

“Biz cənab İlham Əliyevlə tarixi kommunikasiyaların davamı olaraq dəmiryolu nəqliyyatının tezliklə açılması barədə razılığa gəlmişik. Biz həmçinin regiondakı vəziyyətlə bağlı çox geniş müzakirələr apardıq”, - XİN başçısı söyləyib.

“İran və Azərbaycan xalqları demək olar ki, regionda ən çox ortaq məxrəcə malik olan xalqlardır. Biz anlaşılmazlıqları aradan qaldıraraq ölkələrimiz və xalqlarımız arasındakı müşətərək əlaqələri yenidən bərpa edə bilərik. Cənubi Qafqazdakı bütün problemlərin sülh və danışıqlar yolu ilə həll oluna biləcəyinə inanırıq”, - Hüseyn Əmir Abdullahiyan vurğulayıb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…