Operativ Məlumat Mərkəzi

Xətai rayonunda pul oğurlayan şəxs saxlanıldı

1 dəq
Paylaş:
Xətai rayonunda pul oğurlayan şəxs saxlanıldı

Xətai rayonu ərazisindəki mənzillərin birindən qeyri-aşkar şəraitdə edilməsi barədə polisə məlumat daxil olub.

DİN-in xidmətindən "Operativ Məlumat Mərkəzi -OMM" -ə verilən xəbərə görə, Xətai Rayon İdarəsi əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb, müxtəlif üsul və vasitələrlə mənzilə qanunsuz daxil olmaqla oradan 6500 ABŞ dolları və 50.000 rus rublunun oğurlanması məlum olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Rüstəmov tutularaq istintaqa cəlb olunub.

Xətai Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə işi başlanılıb, istintaq aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax