Operativ Məlumat Mərkəzi

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək

1 dəq
Paylaş:
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək

Xarici dövlətlərdə şəxslər üçün peşə tanınması üzrə oktyabrın 6-da növbəti keçiriləcək

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, imtahan saat 13:00-da başlanır. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş oktyabrın 1-dən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

Qeyd edilib ki, təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi, məntiqi düşünmə və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax