Operativ Məlumat Mərkəzi

Xankəndidə polis şöbəsi yaradıldı

2 dəq
Paylaş:
Xankəndidə polis şöbəsi yaradıldı

"Xankəndi Polis Şöbəsi yaradılıb, Xocalı, Tərtər və Xankəndiyə təyin edilib".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu naziri - Vilayət Eyvazov Daxili İşlər Nazirliyində onlayn formatda keçirilən Kollegiya iclasında bildirib.

Nazir oktyabrın 15-də də ölkəmizin növbəti dəfə tarixi anların və hadisələrin şahidi olduğunu, Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Xankəndidə, Xocavənddə, Xocalıda və terrorçulardan təmizlənmiş digər ərazilərdə Dövlət bayrağımızı ucaltdığını, habelə Daxili İşlər Nazirliyinin Xankəndi şəhər polis şöbəsinin yaradıldığını, Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantların təyin edildiyini, işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax