Əsas məzmuna keç

Xalidə Şimşək: “Azəriqaz”a daxil olan müraciətlərin sayı azalıb”

Xalidə Şimşək: “Azəriqaz”a daxil olan müraciətlərin sayı azalıb”

bunu bu gün İstehsalat Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək bu gün qurumda keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib....

Bu ilin əvvəlindən bu Dövlət Neft Şirkətinin (SOCAR) “” İstehsalat Birliyinə daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27 946 müraciət azalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu bu gün İstehsalat Birliyinin 104 Qəza-çağrı şöbəsinin rəisi Xalidə Şimşək bu gün qurumda keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

X.Şimşək bildirib ki, bu il ötən ilin eyni dövrü ilə müqayisədə 10 min 638 az müraciət qaz təzyiqinin aşağı olması ilə bağlı olub: “Bu il daxil olan müraciətlər arasında qaz sızması ilə bağlı müraciətlərin sayı illik müqayisədə 324 az olub.

O qeyd edib ki, sayğaclarla bağlı müraciətləri sayında da 6 620 azalma var: “Bu il daxil məlumat xarakterli müraciətlərin sayı isə 10 364 az olub”.

X.Şimşək vurğulayıb ki, müraciətlərin azalmasına səbəb bu müddət ərzində maarifləndirmə, yenidənqurma işləri olub: “Aparılan yenidənqurma və bərpa, həmçinin sayğacların dəyişdirilməsi işləri sayəsində qaz təzyiqi və sayğacların istismarı ilə bağlı müraciətlərin sayı azalıb”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…