Əsas məzmuna keç

Xaçmaz sakinini hədələyən şəxs saxlanılıb

Xaçmaz sakinini hədələyən şəxs saxlanılıb

Xaçmaz sakininin əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 3 500 manat alan şəxs saxlanılıb. Bu barədə "Operativ Məlumat...

sakininin əllərini bağlayıb fotoşəkillərini yayacağı hədəsi ilə 3 500 manat alan şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) xidmətindən məlumat verilib.

Belə ki, martın 20-də Xaçmaz rayon sakini E.Kərimov rayon şöbəsinə ərizə ilə müraciət edərək ötən il oktyabr ayında həmyerlisi A.Əlislamovun oğurluq məqsədi ilə həyətinə girməsini, onun əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 5 000 manat pul etməsini və 3 500 manat aldıqdan sonra sərbəst buraxmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən A.Əlislamov saxlanılıb.

Xaçmaz polisi tərəfindən araşdırma aparılır.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…