Operativ Məlumat Mərkəzi

"Volkswagen" ilk dəfə zavodlarından birini bağlayır

2 dəq
Paylaş:
"Volkswagen" ilk dəfə zavodlarından birini bağlayır

Alman istehsalçısı "" sabah 88 illik tarixində ilk dəfə Almaniyadakı bir zavodunu bağlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Çinli istehsalçılarla rəqabət, Avropa bazarında tələbin azalması və elektrikli avtomobillərin gözləniləndən daha yavaş mənimsənilməsi kimi problemlərlə mübarizə aparmaq üçün tədbirlər görən "Volkswagen" 2024-cü ildə Almaniyada 35 min işçinin ixtisarı və gücünün azaldılması məqsədilə işçi şurası və həmkarlar ittifaqları ilə razılaşma əldə etmişdi.

Razılaşmaya əsasən, Saksoniya əyalətinin paytaxtı şəhərində "Volkswagen"in avtomobil istehsalı bu ilin sonuna qədər dayandırılmalı idi. Bu çərçivədə sabah Drezden zavodunda avtomobil istehsalını dayandıracaq.

Beləliklə, Volkswagen 88 illik tarixində ilk dəfə Almaniyadakı bir istehsal müəssisəsini bağlamış olacaq.

Drezden zavodunun bağlanmasının, Çində zəif satışlar və Avropada azalan tələblə yanaşı, ABŞ gömrük rüsumlarının bu ölkəyə satışlara göstərdiyi təzyiq nəticəsində "Volkswagen"in nağd pul axını problemi yaşamasından sonra baş verməsi diqqət çəkir.

Şirkətin növbəti 5 il ərzində təxminən 160 milyard avro həcmində investisiyanı maliyyələşdirməsi tələb olunur.

"Volkswagen"in Drezden zavodu 2002-ci ildə istehsala başladığı vaxtdan bəri 200 mindən az avtomobil istehsal edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax