Operativ Məlumat Mərkəzi

Vladimir Putin BƏƏ-də səfərdədir

1 dəq
Paylaş:
Vladimir Putin BƏƏ-də səfərdədir

Prezidenti Vladimir Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, burada o, BƏƏ Prezidenti Şeyx bin Zayed Əl Nəhyan ilə danışıqlar aparacaq.

Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakovun məlumatına görə, görüş nümayəndə heyətlərinin iştirakı ilə başlayacaq, daha sonra liderlər təkbətək görüş keçirəcəklər.

Daha sonra V.Putin Səudiyyə Ərəbistanına yollanacaq. Orada Krallığının vəliəhdi, Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ilə danışıqlar aparması planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax