Operativ Məlumat Mərkəzi

Valentina Matviyenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - YENİLƏNİB

2 dəq
Paylaş:
Valentina Matviyenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - YENİLƏNİB

Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi Şəhidlər xiyabanını edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ziyarət zamanı ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər düzülüb.

Federasiya Şurasının sədri Valentina “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

***

Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax